Covid-19 üzrə tövsİyələr

COVID-19 pandemiyası zamanı başqa ölkələrdən Azərbaycana səyahət edərkən 18 yaşdan yuxarı sərnişinlər üçün müvafiq ölkə tərəfindən verilən tam peyvənd olunma (COVID pasportu) və ya sağalma haqqında rəsmi sənəd, və ya uçuşdan 72 saat öncə alınan mənfi PCR testi təqdim edilməlidir. Test nəticəsində QR kodunun qoyulması arzuolunandır.

TEZ-TEZ SORUŞULAN SUALLAR

1. COVID-19 virusunun davamlı yayıldığı zamanda Azərbaycana səyahət etmək təhlükəsizdirmi?

Azərbaycanın paytaxtı Bakı şəhərindəki Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək "5 ulduzlu" reytinqə layiq görülən dünyada beşinci hava limanı olub. Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir.

2. Azərbaycana səfər etsəm, koronavirusa yoluxma riski ilə üzləşəcəyəmmi?

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah vəziyyəti nəzarət altında saxlama və virusun yayılmasınını minimuma endirmək üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. Əmin olun ki, sakinlərimizin və qonaqlarımızın sağlamlığı və təhlükəsizliyi hər şeydən önəmlidir, riskləri azaltmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirilir. Azərbaycan hal-hazırda peyvənd olunma prosesinin ən tez həyata keçirildiyi ölkələr sırasındadır.

3. Azərbaycana səfər edərkən hansı profilaktik tədbirləri görməliyəm?

Bütün sərnişinlərin səyahətə hazırlaşarkən və ümumiyyətlə COVID-19 virusuna yoluxma riskini azaltmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarına riayət etməsi tövsiyə edilir. Bütün səyahət edənlər özlərində virus simptomlarını aşkar edərsə (öskürək, burun axması, hərarət), daim maska taxmalı və səfərdən öncə həkimə müraciət etməlidirlər. Aşağıdakı tədbirlərin görülməsi virusa yoluxma riskini qat-qat azaldır:

Tez-tez əllərinizi sabunla yuyun və ya spirt tərkibli antiseptik vasitə ilə silin; Gözlər, burun və ağzınıza toxunmayın;
Soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasdan qaçının;
Öskürərkən və ya asqırarkən ağzınızı dirsəyinizlə və ya salfetlə örtün, daha sonra həmin salfeti bağlı zibil qutusuna atın;
Özünüzdə hərarət, öskürək və ya nəfəs darlığı kimi simptomlar aşkar etdikdə, dərhal həkimə müraciət edin.

Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, bazarlarda, qapalı ictimaiə-iaşə, ticarət və xidmət obyektlərində, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməlidir.

4. Azərbaycanda turizm obyektləri fəaliyyət göstərirmi?

Ticarət obyektləri, muzey və sərgi zallarının, moll və ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilir. Şəhərlər və rayonlararası hərəkət bərpa olunmuşdur. İctimai iaşə obyektlərində müştərilərə yerində xidmət göstərilməsinə hər gün saat 06:00-dan 00:00-dək icazə verilir.

5. Özümdə hər hansı xəstəlik əlamətləri hiss etsəm, hansı nömrələrlə əlaqə saxlaya bilərəm?

Bakı daxilində 103, Bakı xaricində 113 və ya 1542 nömrələri ilə əlaqə saxlamaq lazımdır.


Preparing download
Zipping files