Təklif Etdiyimiz Xidmətlər

Azərbaycandakı tərəfdaşlarınız kimi, layihənizə hərtərəfli dəstək veririk.

İcazə və Vizalar
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qurumu olaraq, ortaqlarımıza və müştərilərimizə viza xidmətləri göstərmək və çəkiliş üçün lazım olan bütün icazələri əldə etmək bizim üçün daha asandır. Biz prosesi mümkün qədər sürətləndiririk.
Kirayə
Biz hər layihəyə uyğun olaraq düzgün avadanlığı təşkil edirik. Təşkilatımız ölkənin hər növ ehtiyaca uyğun olaraq təchiz edilmiş ən güvənilir prodakşn və kirayə xidmətləri ilə əməkdaşlıq edir.
Prodakşn Öncəsi
Çəkilişdən öncə ehtiyacınız ola biləcək bütün logistik və planlaşdırma məsələlərində bizə güvənə bilərsiniz. Böyük və ya kiçikliyindən asılı olmayaraq, bütün işlər bizim üçün əhəmiyyətlidir.

Prodakşn Sonrası
Layihənizi uğurla başa çatdırmaq üçün bütün növ xidmətləri təklif edirik. Komandamız məsuliyyətli və keyfiyyətli işi ilə tanınır.
Məkan Axtarışı
Azərbaycanın hər bölgəsini qarış-qarış gəzmişik və onlara yaxından bələdik. Məqsədimiz ölkənin ən ikonik yerlərini – ucqar dağ kəndlərindən tutmuş, paytaxtın simvolik məkanlarınə qədər – çəkiliş üçün müştərilərimizə təklif etməkdir.
Kastinq
Özümüzə məxsus istedad bazasına sahib olmaqdan əlavə, qurumumuz həm də ölkənin bütün öndə gedən kastinq agentlikləri iş birliyi içərisindədir. Azərbaycanın ən böyük üstünlüklərindən biri də çoxmillətli ölkə olmasıdır ki, burada müxtəlif dillərdə danışan istedadların axtarışı daha asandır.
Nəqliyyat Və Köçürmələr
Nəqliyyat və köçürmələrin təhlükəsizlik və çevikliyi üçün komandamız ölkənin ən yüksək ixtisaslı mütəxəssisləri ilə əməkdaşlıq edir.
Yerləşdirmə
Ölkənin bütün beynəlxalq səviyyəli və yerli hotel və səyahət agentlikləri ilə çalışırıq və sizin üçün ən əlverişli qiymətləri təqdim etmək imkanına malikik.
İaşə
Azərbaycan dadlı mətbəxi və qonaqpərvərliyi ilə məşhurdur. İş keyterinqə gəldikdə, müştərilərimizi məmnun edə biləcək bütün menyuları təqdim etmək iqtidarındayıq.
Əlaqə
Ölkənin bütün yerli və beynəlxalq səviyyəli media qurumları ilə mükəmməl əməkdaşlıq əlaqələrinə malik olduğumuza görə layihənizin geniş ictimaiyyətə çatıdırılması üçün uyğun tədbirlər görə bilərik.
Gömrük
Mədəniyyət Nazirliyinə bağlılığımız hər növ gömrük sənədləşdirmələri və avadanlıqların qablaşdırma işlərinin həllini asanlaşdırır.
DCP
Filminizin tamaşaçı auditoriyasına çatdırılmasını təmin etmək üçün əlimizdən gələni edəcəyik.